Azərbaycan hərbi sahədə üçtərəfli saziş imzaladı

Xarici siyasət

10.09.2024 17:40

Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib. 

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani tərəfindən üçtərəfli saziş imzalanıb.

tag: Azərbaycan, Türkiyə, Gürcüstan ,Zakir Həsənov ,Yaşar Gülər ,Batumi, todaypress.az,