Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək
Xarici siyasət
09.09.2024 20:03
Azərbaycanın müdafiə naziri
general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə
müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana
səfər edib.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, görüşlərdə ikitərəfli və üçtərəfli
formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional
təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi
planlaşdırılıb.
tag: Azərbaycan ,Gürcüstan, Zakir Həsənov, Türkiyə,todaypress.az,