Azərbaycan Ermənistana çağırış etdi
Azərbaycan
Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərini
yerinə yetirməyə və Azərbaycan ərazisində işğal dövründə kütləvi şəkildə
basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşmağa çağırıb.
TodayPress
xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında
məlumat yayıb.
O
da qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında
mina qurbanlarının hüquqlarının tanınması istiqamətində mühüm addım atılıb.
“Azərbaycan
əsl həmsponsor kimi BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında “Piyada
əleyhinə minaların bütün insan hüquqlarının tam istifadəsinə təsiri” adlı
qətnamənin qəbul edilməsini alqışlayır” məlumatda deyilir.
tag: Azərbaycan, Ermənistan, İnsan Hüquqları, Mina, Humanitar, XİN, Çağırış,todaypress.az,