Avstraliya-Azərbaycan Assosiasiyası Türkiyəni təbrik etdi

Xarici siyasət

13.05.2025 16:10

50

Avstraliya-Azərbaycan Assosiasiyası PKK-nın silahı yerə qoyması və təşkilatın özünü buraxması ilə bağlı qərarını alqışlayaraq Türkiyə hökumətini təbrik edib. 

TodayPress xəbər verir ki, assosiasiyanın prezidenti Mikayıl Oytanın imzası ilə Türkiyə Cümhuriyyətinin Kanberradakı səfirliyinə ünvanlanan məktubda bu hadisənin yalnız Türkiyə üçün deyil, bütövlükdə region üçün də sülh, sabitlik və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

“Təhlükənin aradan qalxması üçün Türk xalqının və hökumətinin sərgilədiyi əzm və iradəni böyük ümid və təqdirlə qarşılayırıq” deyə məktubda vurğulanır. 

Təşkilat eyni zamanda, bu uğurun cəmiyyətdə həmrəyliyi daha da möhkəmləndirəcəyinə və rifaha töhfə verəcəyinə ümid ifadə edib.

Qiymət Mahir

tag: Avstraliya,Azərbaycan ,Türkiyə,PKK,todaypress.az,