ATƏT Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır

Xarici siyasət

17.03.2025 15:25

1369

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyası (PA) regional sabitliyə, etimadın gücləndirilməsinə və Cənubi Qafqazda dayanıqlı sülhə töhfə verən təşəbbüsləri dəstəkləməyə hazırdır.

Bu barədə TodayPress-ə  ATƏT PA-dan məlumat verilib.

Təşkilatdan qeyd ediblər ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrasa rəsmi Bakı və İrəvan arasında sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır.

Eyni zamanda, hər iki tərəfin dialoqa və barışıq prosesinə sadiqliyini yüksək qiymətləndirir.

tag: ATƏT,Cənubi Qafqaz,Sülh,Dəstək,Todaypress.az,