Aşleq Simanqoliso Funye: “Neokolonializm Afrika ölkələrinin üzləşdiyi əsas problemlərdən biridir”

Xarici siyasət

03.10.2024 16:25

“Azərbaycanda baş tutan bu görüş Afrika gündəmi üçün vacib olan bir çox mühüm məqamları özündə cəmləşdirərək beynəlxalq arenaya təqdim edir. Bu isə olduqca əlamətdar hadisədir”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr olunmuş beynəlxalq konfransın iştirakçısı və spikeri, Pan-Afrika Gənclər Hərəkatının İcraçı direktoru Aşleq Simanqoliso Funye deyib. 

O, bildirib ki, Azərbaycanda tez-tez bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir. Bu bizə imkan verir ki, iqtisadiyyat, təhsil və digər məsələlərdə öz sözümüzü deyək .

“Bugünkü konfrans daha yaxşı və parlaq Afrika inşa etmək üçün lazım olan cavabları, həll yollarını tapmağa, həmçinin afrikalılar arasında ittifaqlar yaratmağa kömək edəcək. Mən bir daha Azərbaycan hökumətinə və xalqına öz minnətdarlığımı bildirirəm”. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Töhfə Səməd

tag: Azərbaycan ,Bakı ,Afrika, Mavritaniya ,Aşleq Simanqoliso Funye ,todaypress.az,