"ASAN xidmət"in Pakistanda tətbiqi müzakirə olundu

Xarici siyasət

03.03.2025 17:30

2485

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin arasında görüş keçirilib.

TodayPress xəbər verir ki, bu barədə "ASAN xidmət"dən məlumat verilib.

Bildirilib ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin “ASAN xidmət” mərkəzinə ziyarətinin davamı olaraq həyata keçirilən görüş zamanı tərəflər arasında “ASAN xidmət” modelinin Pakistana ixrac olunmasına dair müzakirələr aparılıb. Səfir öz növbəsində bu modelin onda yüksək təəssürat yaratdığını və bu təcrübənin Pakistanda tətbiq olunmasına dair əməli fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını bildirib, habelə bu istiqamətdə ikitərəfli sazişin yaxın zaman ərzində imzalanmasını təklif edib.

tag: Azərbaycan,Pakistan,ASAN xidmət,Qasım Mohiuddin,todaypress.az,