Almatı Prosesinə sədrlik Azərbaycandan Qazaxıstana keçdi
Almatı Prosesinə sədrlik Azərbaycandan Qazaxıstana keçib.
TodayPress xəbər verir ki, bu barədə qərar aprelin 24-də Bakıda keçirilən Almatı Prosesinin 3-cü Nazirlər Konfransında açıqlanıb.
Xatırladaq ki, 2013-cü ildən praktiki fəaliyyətə başlayan Almatı prosesinə sədrlik iki ildən bir iştirakçı dövlətlər arasında rotasiya əsasında həyata keçirilir.
2023-2024-cü illərdə sədrlik Azərbaycanda idi. Bununla yanaşı, əvvəlki illərdə Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Türkiyə Almatı Prosesinə sədrlik ediblər.
tag: Almatı prosesi,Azərbaycan,Qazaxıstan,Sədrlik,Todaypress.az,