Almaniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - YENİLƏNDİ

Xarici siyasət

02.04.2025 10:17

1897

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.

TodayPress xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və birinci xanım Elke Büdenbenderi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

10:07

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.

tag: Azərbaycan,Frank-Valter Ştaynmayeri,Rəsmi Qarşılama,Mərasim,Todaypress.az,

photo
photo
photo
photo
photo