Almaniya Prezidenti İlham Əliyevə başsağlığı verdi
Xarici siyasət
06.01.2025 18:20
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.
TodayPress xəbər verir ki, başsağlığında deyilir:
"Cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həmrəyliyimi ifadə edirəm. Düşüncələrim ailə üzvlərini və yaxınlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı diləyir, bu faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm".
tag: Azərbaycan ,Almaniya ,Prezident ,İlham Əliyev, todaypress.az,