Abubakar Matuar: “Mayot adası blokadaya alınıb”
Xarici siyasət
25.10.2024 15:27
“2018-ci ildən bu tərəfə artıq ada bütün tərəflərdən blokadaya alınıb”.
TodayPress xəbər verir ki, bunu Mayot adasının Maore Komitəsinin üzvü Abubakar Matuar “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda ada sakinləri infrastruktur, əsasən də içməli su problemi ilə üzləşirlər. Hökumətə bununla bağlı dəfələrlə müraciət edilib. Lakin rəsmilər problemin həllində fəallıq nümayiş etdirməyiblər:
“Adanı cinayətlərin çox olduğunu bəhanə edərək blokadaya alıblar. Lakin bu bəlli məsələdir ki, sadəcə bəhanədir. Bu, bizim beynəlxalq arenaya çıxmamağımız üçün atılmış addımdır”.
Qeyd edək ki, konfransın əsas məqsədi Fransanın dənizaşırı ərazilərində baş verən insan hüquqları pozuntularını diqqətə çatdırmaqdır.
Töhfə Səməd
tag: Fransa, Maore,Abubakar Matuar, Problem,Konfrans, todaypress.az,