ABŞ səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi

Xarici siyasət

26.02.2025 11:24

1734

ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib. 

TodayPress xəbər verir ki, bu barədə səfirliyin "X" hesabındakı paylaşımda qeyd olunub. 

"Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk" müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

tag: ABŞ,Xocalı,Faciə,Səfir,Todaypress.az,