“ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür”
Xarici siyasət
28.06.2024 18:30
Azərbaycanla müxtəlif sahələrdə effektiv əməkdaşlığımız var.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Blinkenin köməkçisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb. Amerikalı diplomat qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür. O, əlavə edib ki, “münaqişənin həlli bütövlükdə region üçün səmərəli olacaq, eyni zamanda, bunun iqtisadi faydaları olacaq”.
Diplomat görüşlər zamanı insan haqları və demokratiyanın vacibliyi məsələsinə toxunduğunu da diqqətə çatdırıb.
tag: ABŞ,Ermənistan, Azərbaycan, Səfər, Proseslər, todaypress.az,