ABŞ Dövlət katibi: Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır

Xarici siyasət

10.07.2024 20:18

Vaşinqtonda keçirilən NATO Sammiti çərçivəsində bu gün ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilib.

TodayPress xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə bildirib ki, Azərbaycan və Ermənistan sülh danışıqları istiqamətində vacib işlər görüblər.

“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə A.Blinken qeyd edib.

tag: Antoni Blinken, Ceyhun Bayramov, NATO, Ararat Mirzoyan, todaypress.az,