ABŞ Azərbaycana iki minaaxtaran it verdi

Xarici siyasət

20.09.2024 18:20

ABŞ-dən Azərbaycana mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün daha iki minaaxtaran it gətirilib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Bu gün Danusia və mən hava limanında dördayaqlı qəhrəmanlardan ibarət VIP nümayəndə heyətini qarşılamaq şərəfinə nail olduq. Berta və Dum adlı itlər ANAMA-nın minalar və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. Bu cəsur Marşall itləri və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitdə yaşayışı təmin etməkdə mühüm rol oynayırlar” deyə hava limanında itlərin qarşılanmasında iştirak edən ABŞ səfiri Mark Libbi bildirib.

tag: ABŞ, Azərbaycan,Minaaxtaran İt,ANAMA ,Mark Libbi ,Marşall, todaypress.az,