Abdarahman Von: “Fransanın neokolonializm siyasətinə qarşı birgə mübarizə aparmalıyıq”

Xarici siyasət

03.10.2024 11:25

“Biz ölkələr və təşkilatlar olaraq Fransanın neokolonializm siyasətinə qarşı mütləq birlməşməli və birgə mübarizə aparmalıyıq”. 

TodayPress xəbər verir ki,  bunu jurnalist və kommunikasiya üzrə mütəxəssis Abdarahman Von “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr olunmuş beynəlxalq konfransda deyib.

O, bildirib ki, ən çox zərərçəkənlər qadınlar, uşaqlar və yaşlılardır. Onlar bütün hüquqlarından məhrum edilib və illərlə əziyyət çəkiblər. Bu qəbuledilməzdir. 

Abdarahman Vonun fikrincə, Afrika ölkələri tezliklə müstəmləkəçiliyə qarşı bu müharibədə qalib gələcək. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Töhfə Səməd

tag: Afrika ,Fransa, Bakı, Konqo, Mavritaniya, Niger ,Abdarahman,todaypress.az,