Abbas Abbasov: “Fransa illərdir ki, neokolonializm siyasəti yürüdür”

Xarici siyasət

03.10.2024 10:45

“Fransa illərdir ki, neokolonializm siyasəti yürüdür. Fransanın müstəmləkəçilik siyasəti Afrika qitəsinə mənfi təsir göstərib”. 

TodayPress xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr olunmuş beynəlxalq konfransda deyib.

O, bildirib ki, Fransa hökuməti Burkina-Faso, Mali kimi ərazilərə illərlə təzyiq göstərib, onların təbii sərvətlərindən sui-istifadə edib. Qərbin ən böyük əhalisinə sahib olan Afrikanın təbii sərvətləri Fransa tərəfindən amansızca talanıb. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Afrikadan gələn bir sıra rəsmilər iştirak edir. 

Töhfə Səməd

tag: Fransa ,Afrika ,Burkina-Faso, Qərb ,Bakı ,todaypress.az,