Zommer azarkeşlərin rəğbətini qazandı

UEFA

07.05.2025 11:20

37

UEFA tərəfindən azarkeş səsverməsi ilə “İnter” – “Barselona” matçının ən yaxşısı məlum olub.   

TodayPress xəbər verir ki, “İnter”in (4:3) qələbə qazandığı Çempionlar Liqasının cavab yarımfinal matçının ən yaxşısı meydan sahiblərinin qolkiperi Yann Zommer seçilib. 

O, komandasını ən azı dörd real qoldan xilas etdiyi üçün azarkeşlərin rəğbətini qazanıb. Zommer rəqib komandadan Qarsiyanın və Ramin Yamalın üç ardıcıl qol istəyini ürəyində qoyub.       

Namiq HUN

tag: Yann Zommer,Mükafat,Azarkeş,Səsvermə,Todaypress.az,