"Yuventus" evdə, "Aston Villa" isə səfərdə qələbə qazandı
UEFA
17.09.2024 23:52
2024/2025 mövsümdən yeni formatda keçirilən
UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start verilib.
TodayPress xəbər verir ki. qitənin ən nüfuzlu klub
turnirinin ilk iki oyununda "Yuventus" (İtaliya) evdə PSV-ni
(Niderland) 3:1, "Aston Villa" (İngiltərə) isə səfərdə "Yanq
Boys"u (İsveçrə) 3:0 hesabı ilə məğlub edib.
Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın
şahidi olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
17 sentyabr
I tur
"Yuventus" (İtaliya) - PSV (Niderland) 3:1
"Yanq Boys" (İsveçrə) - "Aston Villa"
(İngiltərə) 0:3
23:00. "Bavariya" (Almaniya) -
"Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Milan" (İtaliya) - "Liverpul"
(İngiltərə)
23:00. "Real" (Madrid, İspaniya) -
"Ştutqart" (Almaniya)
23:00. "Sportinq" (Portuqaliya) -
"Lill" (Fransa)
Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın
18-19-da keçiriləcək.
tag: UEFA,Yuventus, İtaliya,Yanq Boys,todaypress.az,