XXI əsrdə ÇL-də qırmızı vərəqə alan ən gənc futbolçu
“Barselona” klubunun müdafiəçisi Pau Kubarsi XXI əsrdə UEFA Çempionlar Liqasında (ÇL) qırmızı vərəqə alan ən gənc futbolçu olub.
TodayPress “Opta Sport”a istinadən xəbər verir ki, göstərici Kataloniya təmsilçisinin “Benfika”ya (1:0) qalib gəldiyi 1/8 final mərhələsinin ilk matçında gerçəkləşib.
22-ci dəqiqədə meydandan qovulan ispaniyalı müdafiəçi 18 yaş 42 günündə bu halla üzləşib.
Qeyd edək ki, əsas heyətdə 65 görüş keçirən Kubarsi ilk dəfə qırmızı vərəqə ilə cəzalanıb.
Xatırladaq ki, Çempionlar Liqası tarixində qırmızı vərəqə alan ən gənc futbolçu nigeriyalı Selestin Babayarodur.
O, 1994-cü ildə Belçika təmsilçisi "Anderlext"in heyətində 16 yaş 86 günündə meydandan qovulub.
Namiq HUN
tag: Çempionlar Liqası,Barselona, Liqa, Pau Kubarsi, UEFA, todaypress.az,