Virts Messinin rekordunu təkrarladı
“Bayer 04” klubunun yarımmüdafiəçisi Florian Virts argentinalı ulduz futbolçu Lionel Messinin rekordunu təkrarlayıb.
TodayPress xəbər verir ki, pleymeyker buna UEFA Çempionlar Liqasının Liqa mərhələsində Avstriya “Zaltsburq”una (5:0) qalib gəldikləri oyunda dubl etməklə nail olub.
Virts bununla yaşı 22-dək futbolçular arasında avrokuboklarda 17 qol vuran 2-ci oyunçu olub.
Namiq HUN
tag: Bayer 04, Zaltsburq, UEFA, Liqa, Florian Virts, todaypress.az,