Virts Liqa mərhələsinin ən yaxşısı seçildi

UEFA

21.09.2024 10:05

“Bayer 04” klubunun yarımmüdafiəçisi Florian Virts UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

TodayPress xəbər verir ki, futbolçu “Feyenoord”la oyunda (4:0) dubl edərək bu mükafata layiq görülüb.

Virts səsvermədə “Bavariya”nın hücumçusu Harri Keyni və “Atletiko Madrid”dən Antuan Qrizmanı üstələyib. 

Namiq HUN

tag: Bayer 04, Florian Virts, UEFA, Çempionlar Liqası ,Hücumçu ,Harri Keyn, todaypress.az,