Umudlu UEFA Gənclər Liqasının oyununda

UEFA

22.11.2024 12:47

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

TodayPress xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) - “Jirona” (İspaniya) oyununun baş hakimi olacaq. 

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Noyabrın 27-də Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Namiq HUN

tag: Kamal Umudlu, FIFA, Təyinat,Liqa, todaypress.az,