Ukrayna FIFA və UEFA-ya etiraz notası göndərdi
Ukrayna Futbol Federasiyas (UFF) FIFA və UEFA-ya etiraz notası
göndərib.
TodayPress
xəbər verir ki, buna səbəb DÇ-2026-nın seçmə mərhələsinin püşkatması zamanı
Ukraynanın xəritəsində yanlışlığa yol verilməsidir.
Teleyayım
zamanı Krım yarımadası Ukraynanın ərazisi kimi göstərilməyib. UFF hər iki
qurumun baş katibinə məktub yazaraq öz narazılığını bildirib.
Qeyd edək ki,
Rusiyanın Ukraynanın ərazisinə müdaxiləsindən sonra bu ölkənin yığması
beynəlxalq yarışlardan kənarlaşdırılıb.
tag: Nota, Etiraz, Ukrayna, FİFA, UEFA, todaypress.az,