UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA

23.10.2024 17:34

UEFA “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan İsveçin “Elfsborq” klubunu cərimələyib.

TodayPress xəbər verir ki, Avropa futbol qurumu rəsmi saytında məlumat yayıb.

“Elfsborq” “Roma” klubu ilə matçda azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşüb.

Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. Isveç təmsilçisinə isə 2 illik sınaq müddəti qoyulub.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.

Namiq HUN

tag: UEFA, Roma, Elfsborq, Qarabağ, Liqa, Avropa, todaypress.az,