UEFA “Qarabağ”ın rəqibini cərimələdi
UEFA
18.12.2024 15:20
Avropa Futbol Assosiasiyaları İttifaqı “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən Rumıniyanın FKSB klubunu 22 min avro cərimələyib.
TodayPress Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, klub Yunanıstan “Olimpiakos”u ilə matçda yaşananlara görə ziyana düşüb.
FKSB 4 sarı və 1 qırmızı vərəqə görə 10 min avro, “ictimai keçidlərin bağlanması” səbəbindən isə 12 min avro ödəyəcək.
Qeyd edək ki, Rumıniya təmsilçisi Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu yanvarın 23-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.
Namiq HUN
tag: UEFA, Rumıniya, Olimpiakos, FKSB, todaypress.az,