UEFA “Qarabağ”a 26000 avro zərər vurdu

UEFA

03.12.2024 12:17

UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib.

TodayPress xəbəb verir ki, buna Ağdam təmsilçisinin Niderlandın “Ayaks” klubuna qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

“Qarabağ” klubu 3 qırmızı, 5 sarı vərəqəyə görə 14000 avro ödəyəcək.

Komanda oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.

UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların (3: 0) qələbəsi ilə başa çatıb. “Qarabağ”ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev isə ikinci sarı vərəqədən sonra meydandan qovulub. 

Bundan əlavə, digər futbolçulardan Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.

Namiq HUN

tag: UEFA, Qarabağ, Cərimə, Liqa, todaypress.az,