UEFA Mourinyonu cəzalandırdı
UEFA
29.01.2025 09:16
UEFA “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasını Avropa Liqasının Liqa mərhələsinin “Lion”la oyununa gec çıxarmaqda günahlandırılıb.
Matç nəzərdə tutulan vaxtdan gec başlayıb. Mourinyoya 1 oyunluq cəza tətbiq edilib.
Joze Avropa Liqasının Liqa mərhələsinin VIII turunun “Mityülland” - “Fənərbağça” matçında texniki zonada olmayacaq.
Namiq HUN
tag: Fənərbağça,İdman,Joze Mourinyonu ,UEFA ,Todaypress.az,