UEFA Monteronu qırmızı vərəqə ilə cəzalandırdı
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) La Liqanın “Osasuna” – “Real Madid” matçında yaşananlara aydınlıq gətirib.
TodayPress xəbər verir ki, Cud Bellingemə qırmızı vərəqə göstərən hakim Xose Munuera Montero qitə miqyaslı yarışlardan kənarlaşdırılıb.
“Marca” nəşrinin məlumatına görə, İspaniyada ədalət təmsilçisi ilə bağlı araşdırmalara başlanılıb. Monteronun futboldan 5 il müddətinə uzaqlaşdırılması gözlənilir.
UEFA araşdırmalar bitənədək ona təyinat verməyəcək.
Qeyd edək ki, hakim Cud Bellingemi təhqiramiz ifadələrə görə qırmızı vərəqə ilə cəzalandırdığını açıqlasa da, əksəriyyət ingilis futbolçunun davranışını normal qiymətləndirib.
Namiq HUN
tag: UEFA ,Cud Bellingem,La Liqa, Monteron,Todaypress.az,