UEFA millimizə xəbərdarlıq etdi
UEFA
18.12.2024 14:50
Avropa Futbol Assosiasiyaları İttifaqı Azərbaycan millisinə xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, səbəb yığmanın səfərdə İsveçə uduzduğu Millətlər Liqasının matçında yaşananlardır.
Fernandu Santuşun komandası “düzgün olmayan davranış"a görə xəbərdarlıq alıb.
Sözügedən qarşılaşmada beş futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb. Milli üzvlərindən Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramov hakimin qəzəbi ilə üzləşiblər.
Qeyd edək ki, İsveç – Azərbaycan matçı meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: UEFA, Mİlli ,Cəza, Matç, todaypress.az,