UEFA İstanbul klubundan üzr istədi

UEFA

09.11.2024 12:50

UEFA Avropa Konfrans Liqasının Liqa mərhələsinin III turunda “Başakşəhər” səfərdə “Kopenhagen”lə qarşılaşıb.

TodayPress xəbər verir ki, Kopenhagen tribunalarının açdığı təhqiramiz pankart sosial mediada gündəm olub.

Məsələ ilə bağlı açıqlama verən İstanbul təmsilçisinin prezidenti Göksel Gümüşdağ UEFA-nın “Kopenhagen” matçındakı xoreoqrafiyaya görə “Başakşəhər” klubuna üzrxahlıq məktubu göndərdiyini bildirib:

“Biz UEFA-nın pankartı qəbul etməsinə etiraz etdik. 3 saat sonra UEFA-dan üzrxahlıq mesajı gəldi. Düşünürəm ki, “Kopenhagen” də üzr istəməli olacaq. Ən azından UEFA bunun qəbuledilməz olduğunu söylədi”. 

Qeyd edək ki, “Kopenhagen” – “Başakşəhər” matçı 2:2 hesabı ilə başa çatıb. 


Namiq HUN

tag: UEFA, Başakşəhər, İdman, Futbol, todaypress.az,