UEFA ingiltərəli hakimlə bağlı araşdırmalara başladı
UEFA
14.11.2024 23:12
UEFA narkotik istifadəsində şübhəli bilinən referi Devid Kut ilə bağlı araşdırmalara başlayıb.
TodayPress qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırma “The Sun” nəşrinin hakimin bank əskinası ilə ağ maddəni burnuna çəkdiyi videonu dərc etməsindən sonra başlayıb.
Çəkiliş Kutun VAR köməkçi hakimi olduğu AVRO-2024-ün 1/4 finalının Portuqaliya - Fransa oyunundan bir gün sonra aparılıb.
Qeyd edək ki, daha əvvəl Devid Kutun “Liverpul” klubunun keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video yayılıb. Bundan sonra referi İngiltərə Hakimlər Komitəsi tərəfindən Premyer Liqa oyunlarından kənarlaşdırılıb. UEFA isə kutu Millətlər Liqası matçlarından uzaqlaşdırıb.
Namiq HUN
tag: UEFA, İngiltərə, Araşdırma, Liverpul, Fransa, todaypress.az,