UEFA Gürcüstan Futbol Federasiyasını 40 min avro cərimələdi

UEFA

10.04.2025 02:12

24

UEFA Gürcüstan Futbol Federasiyasını Tbilisidə keçirilən Gürcüstan-Ermənistan matçında intizam pozuntularına görə 40 min avro cərimələyib.

TodayPress xəbər verir ki, bundan əlavə, Gürcüstan Millətlər Liqasının yeni 2026/27 mövsümünün ilk ev oyununu tamaşaçısız keçirəcək.

Cəza dünya çempionatının seçmə oyunları və FIFA beynəlxalq yoldaşlıq oyunlarına şamil edilmir. Gürcüstan Futbol Federasiyası xəbər verir ki, iki il ərzində təkrar qayda pozuntusuna yol veriləcəyi təqdirdə, Gürcüstan millisi növbəti matçını yenidən tamaşaçısız keçirəcək.

tag: Gürcüstan, Cərimə, Federasiya, Tblisi, Erməsintan, Matç, todaypress.az,