UEFA Estoniyanı cərimə etdi

UEFA

04.12.2024 18:15

UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.

TodayPress xəbər verir ki, səbəb Millətlər Liqasında keçirilən Estoniya - Azərbaycan matçında fanatların meydana yad əşyalar atmasıdır.

Estoniya Futbol Assosiasiyası 4875 avro ziyana düşüb.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində keçirilən Estoniya - Azərbaycan matçı meydan sahiblərinin (3:1) qələbəsi ilə yekunlaşıb.

Namiq HUN

tag: Estoniya, Futbol, Azərbaycan, Tallin, todaypress.az,