UEFA Ermənistanı cəzalandırdı

UEFA

12.12.2024 12:42

UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.

TodayPress xəbər verir ki, buna UEFA Millətlər Liqasında keçirilən Ermənistan - Farer adaları matçında yaşananlar səbəb olub.

Qurum qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.

Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20000 avro ödəməli olacaq.

Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17500 avro cərimələnib.

Namiq HUN

tag: UEFA ,Ermənistan ,Cəza ,Liqa ,todaypress.az,