UEFA Emrelini ittiham etdi

UEFA

03.12.2024 17:55

AFFA millinin futbolçusu Mahir Emrelinin Tallin şəhərindəki "A.Le Koq Arena”ya vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq.

TodayPress xəbər verir ki, UEFA oktyabrın 11-də səfərdə Estoniya yığması ilə Millətlər Liqasının matçındakı hərəkətinə görə hücumçuya töhmət verib.

Forvard “ləyaqətli davranış qaydalarını pozmaqda” ittiham edilib.

Mahir Emreli qarşılaşma başa çatandan sonra paltardəyişmə otağına yollanan zaman tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib və ora ziyan vurub.

Xatırladaq ki, Estoniya- Azərbaycan matçı millimizin (3:1) məğlubiyyəti ilə başa çatıb.

Namiq HUN

tag: Mahir Emreli, UEFA, Qaydalar, Estoniya, Azərbaycan, todaypress.az,