UEFA-dan yeni qayda gəlir

UEFA

24.04.2025 12:24

11

UEFA yeni mövsümdə Çempionlar Liqasının pley-off mərhələlərindən əlavə vaxtın çıxarılmasını planlaşdırır.   

TodayPress xəbər verir ki, 2 oyunluq mübarizədən sonra ümumi hesabda bərabərlik olacağı halda, komandalar qalibi birbaşa penaltilər seriyasında müəyyənləşdirəcəklər.   

Məqsəd futbolçuların yükünü bir qədər azalmaqdır.   

Bundan başqa, liqa mərhələsini ilk “səkkizlik”də bitirən komandaların 1/4 final və yarımfinalda da cavab oyunlarını evdə keçirmələri nəzərdə tutulub. 

Köhnə formatda eyni ölkənin klubları yalnız 1/4 finaldan başlayaraq qarşılaşa bilərdilər.

Ləğv olunan bu qaydanın yenidən bərpa ediləcəyi bildirilir.   

Namiq HUN

tag: UEFA,Liqa,Oyun,Qayda,Todaypress.az,