UEFA-dan ən böyük pul mükafatı “Real”a çatdı
“Real Madrid” klubu Çempionlar Liqasının (ÇL) qalibi kimi UEFA-dan ən böyük pul mükafatı alan klubdur.
TodayPress xəbər verir ki, “kral klubu”na ötən mövsüm ÇL-in qalibi olduğu üçün 138,8 milyon avro ödənilib.
“Real” bu məbləğdən 14 milyon avronu televiziya hüquqlarının satışından əldə edib.
Turnirin yarımfinalçıları, PSJ, “Borussiya Dortmund”, “Bavariya” və 1/4 finala qədər irəliləyən “Mançester Siti” isə 100 milyon avrodan çox qazanıb.
Yarımfinalda uduzan PSJ 122,4 milyon avro əldə edib ki, bu da UEFA-nın verdiyi 2-ci ən böyük pul mükafatıdır. İlk üçlüyü 120,7 milyon avro gəlirlə “Borussiya Dortmund” təşkil edib.
Namiq HUN
tag: Real Madrid,Çempionlar Liqası,UEFA ,todaypress.az,