UEFA Çempionlar Liqasının ən sürətli oyunçusu bəlli oldu

UEFA

22.09.2024 10:54

"Borussiya Dortmund"un futbolçusu Kərim Adeyemi ötənilki UEFA Çempionlar Liqasının ən sürətli oyunçusu olub.

TodayPress xəbər verir ki, bu barədə UEFA-nın saytında dərc olunmuş texniki hesabatda bildirilib.

Qeyd olunub ki, 22 yaşlı alman futbolçu ötən mövsüm ən yaxşı sürəti göstərib.

"Real Madrid"lə turnirin final oyununda Adeyemi 37,8 km/saat sürətlə qaçıb. İkinci ən sürətli oyunçu PSJ-nin müdafiəçisi Nuno Mendes olub - onun göstəricisi 37,2 km/saat olub.

İlk üçlüyü 36,1 km/saat sürətlə Paris klubunun keçmiş forvardı, hazırda isə "Real Madrid"in futbolçusu olan Kilian Mbappe tamamlayıb.

Adeyemi bu mövsüm Almaniya klubunda 5 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

tag: Borussiya Dortmund,Kərim Adeyem,UEFA,Çempionlar Liqası,Real Madrid,Nuno Mendes,PSJ,Paris,Kilian Mbappe,todaypress.az,