UEFA Çempionlar Liqasında V tura yekun vuruldu
UEFA
28.11.2024 01:59
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna bu gün yekun vurulub.
TodayPress xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri İngiltərədə baş tutub.
“Liverpul” doğma meydanda İspaniya təmsilçisi “Real”a iki
cavabsız qol vurub. “Yuventus” (İtaliya) səfərdə “Aston Villa” (İngiltərə) ilə
sülhə razılaşıb. Almaniya təmsilçisi “Borussiya” (Dortmund) isə Xorvatiyada
“Dinamo” üzərində inamlı qələbə qazanıb.
UEFA
Çempionlar Liqası
Liqa
mərhələsi
V tur
21:45. "Srvena Zvezda" (Serbiya) -
"Ştutqart" (Almaniya) 5:1
21:45. "Şturm" (Avstriya) - "Jirona"
(İspaniya) 1:0
00:00. "Liverpul" (İngiltərə) - "Real"
(İspaniya) 2:0
00:00. PSV (Niderland) - "Şaxtyor" (Donetsk,
Ukrayna) 3:2
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) -
"Borussiya" (Dortmund, Almaniya) 0:3
00:00. "Seltik" (Şotlandiya) -
"Brügge" (Belçika) 1:1
00:00. "Monako" (Fransa) - "Benfika"
(Portuqaliya) 2:3
00:00. "Aston Villa" (İngiltərə) -
"Yuventus" (İtaliya) 0:0
00:00. "Bolonya" (İtaliya) - "Lill"
(Fransa) 1:2
Qeyd edək ki, UEFA Çempionlar Liqasında VI tura dekabrın
10-da start veriləcək.
tag: UEFA, Liqa,İnter,İngiltərə, İspaniya, todaypress.az,