UEFA Çempionlar Liqası: “Barselona” və “Yuventus” qalib gəldi
UEFA
12.12.2024 04:12
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura yekun vurulub.
TodayPress-in məlumatına görə,
İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya”nı
3:2 hesabı ilə yenib.
“Mançester Siti” (İngiltərə) İtaliyada “Yuventus”un
qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa
çatıb.
İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa
“Monako”su ilə qarşılaşıb. Matç İngiltərə təmsilçisinin qalibiyyəti ilə
yekunlaşıb – 3:0
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
11 dekabr
21:45. “Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya) – 3:1
21:45. “Lill” (Fransa) - “Şturm” (Avstriya) – 3:2
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona”
(İspaniya) – 2:3
00:00. “Yuventus” (İtaliya) - “Mançester Siti”
(İngiltərə) – 2:0
00:00. “Arsenal” (İngiltərə) - “Monako” (Fransa) – 3:0
00:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) –
2:1
00:00. “Feyenoord” (Niderland) - “Sparta” (Çexiya) – 4:2
00:00. “Ştutqart” (Almaniya) - “Yanq Boys” (İsveçrə) –
5:1
Qeyd edək ki, Liqa mərhələsində VII tura 2025-ci il
yanvarın 21-də start veriləcək.
tag: Mançester Siti, İngiltərə, Barselona, UEFA, todaypress.az,