UEFA “Barselona” klubunu cərimələdi
UEFA
27.09.2024 15:35
UEFA Çempionlar Liqası matçında nasist şüarlara görə "Barselona" klubunu cəzalandırıb.
TodayPress "AP News"a istinadən xəbər verir ki, UEFA, Çempionlar Liqasının “Monako” ilə oyununda nasist azarkeş pankartı nümayiş etdirdiyi üçün “Barselona”nı cəzalandırıb.
Mənbənin məlumatına görə, qurum Kataloniya təmsilçisini 10 min avro cərimələyib və komandanın avrokuboklarda növbəti səfər oyununa bilet satışını qadağan edib.
Xatırladaq ki, hadisə UEFA Çempionlar Liqasının əsas mərhələsinin sentyabrın 19-da keçirilən “Monako” – “Barselona” matçında baş verib. II Lui qarşılaşmasında "Monako" 2:1 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Barselona ,UEFA ,Çempionlar ,Monako,Klub ,todaypress.az,