UEFA Avropa Liqası: "Fənərbağça" 1/8 finala vəsiqə qazandı
UEFA Avropa Liqasının pley-off mərhələsində Belçikanın
"Anderlext" və Türkiyənin "Fənərbağça" klubları
qarşılaşıblar.
TodayPress xəbər verir ki,
Brüsseldə keçirilən matçın ilk dəqiqələrində irqçilik zəminində düşən davaya
görə görüş dayandırılsa da, sonradan oyuna davam etmək qərarı verilib.
Türkiyə təmsilçisi ötən həftə
İstanbulda qazandığı qələbəni (3:0) səfər matçında təklarlaya bilməsə də, 1/8
finala adlayıb - 2:2 (ümumi hesab - 2:5).
Türkiyədən avrokuboklarda mübarizəni təkcə
"Fənərbağça" davam etdirir.
tag: Fənərbağça, Türkiyə, UEFA,Anderlext, Futbol, Liqa, todaypress.az,