UEFA araşdırmaya başladı

UEFA

25.10.2024 17:15

969

UEFA İsrailin “Makkabi Tel-Əviv” komandası ilə Avropa Liqası matçında siyasi şüarlar səsləndirdiyi üçün “Midtyullann”ın türk əsilli futbolçusu Aral Şimşirlə bağlı araşdırmaya başlayıb.

TodayPress “Ekstra Bladet”ə istinadən xəbər verir ki, Şimşir rəqiblərinə doğru baxaraq “Fələstinə azadlıq!” şüarını səsləndirib. 

“Makkabi Tel-Əviv” klubunun nümayəndələri futbolçunun davranışı ilə bağlı şikayət edib. 

UEFA buna görə futbolçuya qarşı intizam işi açıb.

Qeyd edək ki, “Partizan” stadionunda baş tutan “Makkabi Tel-Əviv” - “Midtyullann” görüşü Danimarka təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Namiq HUN

tag: UEFA,İsrail, Partizan, Danimarka, Aral Şimşir, todaypress.az,