Türkiyə qrupda liderliyi əldən verdi
UEFA
20.11.2024 09:50
UEFA Millətlər Liqasında qrup mərhələsinə VI turun üçüncü oyun günündə keçirilən son 9 matçla yekun vurulub.
TodayPress xəbər verir ki, beş qrupda baş tutan görüşlərlə həm liqasını dəyişənlər, həm də pley-offa qatılacaq komandalar dəqiqləşib.
Türkiyə millisi səfərdə Monteneqro ilə qarşılaşıb. Bu oyuna kimi xalsız qalan Balkan təmsilçisi gözlənilmədən qələbə qazanıb 3:1. Bu nəticə “ay-ulduzlular”ı liderlikdən edib. Nəticədə İslandiyaya 4:1 hesabı ilə qalib gələn Uels qrupda birinci olub.
Millətlər Liqasının digər görüşlərində Çexiya evdə Gürcüstana (2:1), Slovakiya Estoniyaya (1:0) qalib gəlib, Ukrayna isə səfərdə Albaniyanı (2:1) məğlub edib.
Bosniya və Herseqovina - Niderland (1:1), Macarıstan - Almaniya (1:1) və Malta - Andorra (0:0) matçlarında heç-heçə qeydə alınıb.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 22-də keçiriləcək.
Namiq HUN
tag: Türkiye,Milli,UEFA ,Milətlər Liqası,Yığma,todaypress.az,