Türkiyə millisi İslandiyada tarixi qələbə qazandı
UEFA
15.10.2024 09:24
UEFA Millətlər Liqasında IV turun oyunları davam edir.
TodayPress xəbər verir ki, turun ikinci oyun günündə B Liqasının 4-cü qrupunda yer alan Türkiyə yığması səfərdə İslandiyanın qonağı olub.
Qarşılaşma “ay-ulduzlular”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə millisinin heyətində İrfan Kahveci, Hakan Çalhanoğlu, Arda Güler və Kerem Aktürkoğlu fərqləniblər. Türkiyə İslandiya səfərində 8-ci cəhdində vikinqləri məğlub edə bilib.
Maraqlı oyunlardan biri A Liqasının 3-cü qrupunda keçirilib. Almaniya millisi doğma azarkeşlər önündə Niderlandla qarşılaşıb. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bundestimin qələbə qolunu Ceymi Levelinq vurub.
A Liqasının digər qruplarında İtaliya evdə İsrailə (4:1), Fransa səfərdə Belçikaya (2:1), Macarıstan isə Bosniya və Herseqovinaya (2:0) qalib gəlib.
B Liqasında Uels evdə Monteneqroya (1:0), Albaniya isə səfərdə Gürcüstana (1:0) qalib gəlib. Ukrayna - Çexiya matçında heç-heçə qeydə alınıb (1:1).
C Liqasında Azərbaycan evdə Slovakiyaya (1:3), Estoniya isə İsveçə (0:3) məğlub olub.
Namiq HUN
tag: UEFA ,Liqa ,Türkiyə ,İsrail, Fransa ,Macarıstan ,todaypress.az,