Türkiyə A Liqasının astanasındadır

UEFA

16.11.2024 03:20

UEFA Millətlər Liqasının B Liqasında yarışan Türkiyə yığma komandası V turda Uels millisini qəbul edəcək. 

TodayPress xəbər verir ki, “ay-ulduzlular” britaniyalı rəqibi ilə Kayseridə qarşılaşacaq. 

Türkiyə millisi 16 noyabr qarşılaşmasında ən yaxın izləyicisini məğlub edəcəyi halda son turun nəticəsindən asılı olmayaraq 4-cü qrupun qalibi olacaq. 

Nəticədə Vinçenzo Montellanın komandası Millətlər Liqasında ən yaxşı göstiricilərə malik komandaların iştirak etdiyi A liqasına vəsiqə qazanacaq.

Qeyd edək ki, Türkiyə millisi Uelslə oyuna itkilərlə çıxacaq. Cəzalı durumda olan Kenan Yıldız heyətdə yer almayacaq. Çağlar Söyüncü, Ferdi Kadıoğlu ve Deniz Gül isə zədəli olduqları üçün komanda yoldaşlarına kömək edə bilməyəcəklər.

Namiq HUN

tag: Türkiyə, UEFA, Liqa, Uels, todaypress.az,