Torres "Barselona"da tarix yazdı

UEFA

12.12.2024 12:21

"Barselona" klubunun futbolçusu Ferran Torres UEFA Çempionlar Liqasında (ÇL) Lionel Messinin nailiyyətini təkrarlayıb.

TodayPress xəbər verir ki, vinger buna Almaniyada Dortmund "Borussiya"sına qalib gəldikləri görüşdə dubl etməklə nail olub.

O, Kataloniya təmsilçisinin tarixində ÇL-də sonradan oyuna girərək iki qol vuran dördüncü oyunçudur. 

Qeyd edək ki, daha əvvəl "Barselona"da 2008-ci ildə Lionel Messi, 2012-ci ildə Kristian Telyo, 2015-ci ildə isə İvan Rakitiç bunu bacarıb.

Namiq HUN

tag: Barselona, Liqa, Çempion, UEFA ,todaypress.az,