TFF “əsgər salam”ına görə UEFA-ya şikayət etdi

UEFA

05.12.2024 18:22

Türkiyə Futbol Federasiyası (TFF) “Makkabi Tel-Əviv” klubunun futbolçusu Qabriel Kaniçovskidən UEFA-ya şikayət edib.

TodayPress xəbər verir ki, israilli futbolçu Avropa Liqasının Liqa mərhələsinin “Beşiktaş”a qarşı matçında qol vurub və bundan sonra “əsgər salami” verib.

TFF hesab edir ki, Kaniçovskinin bu addımı siyasi məna daşıyır, düşüncəsiz hərəkətdir və açıq mesaj vermək məqsədi güdüb. Bu səbəbdən federasiya UEFA-nın Etik və İntizam Komitəsindən adıçəkilən futbolçuya və klubuna qarşı intizam işi açılmasını xahiş edib.

Xatıtladaq ki, “Beşiktaş”la matçda ”Makkabi” (3:1) qələbə qazanıb.

Namiq HUN

tag: Türkiyə Futbol Federasiyası,Makkabi Tel-Əviv,Qabriel Kaniçovski,UEFA,todaypress.az,