Tedesko Belçika millisindən qovulacaq?
UEFA
19.11.2024 10:17
Belçika Futbol Federasiyası millinin son oyunlarda qarışıq nəticələr göstərməsindən narazıdır.
TodayPress xəbər verir ki, millinin baş məşqçisi Domeniko Tedesko istefaya göndərilə bilər.
Belə olan halda qurum almaniyalı mütəxəssisə 750 min avro təzminat ödəməli olacaq.
Onunla yanaşı, beş köməkçi məşqçiyə də təzminat ödəniləcək.
Belçika millisi altı matçda cəmi bir qələbə və dörd məğlubiyyətlə Millətlər Liqasında A Liqasının 2-ci qrupunda 4 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, uğursuz nəticələr “Real Madrid”in qolkiperi Tibo Kurtua ilə Tedesko arasında qalmaqalla da müşayiət olunur.
Namiq HUN
tag: Belçika, Almaniya, Tedesko, Liqa, Real Madrid, todaypress.az,